Yardımlıda aztəminatlı ailələrə bayram sovqatı verilib

Yardımlıda aztəminatlı ailələrə bayram sovqatı verilib

Yardımlı rayonunda xalqımızın ən qədim el bayramı olan Novruz bayramı münasibətilə şənlik təşkil olunub.ATİAHİ Yardımlı rayon komitəsi tərəfindən təşkil olunan bahar şənliyində şəhid ailələrinin üzvləri, məktəb müəllimləri iştirak ediblər. Çıxış edənlər Novruzun adət-ənənələrindən, həmrəyliyi, barışığı təbliğ edən dəyərlərindən danışıb, təbriklər səsləndiriblər. Vurğulanıb ki, parlaq Qələbəmizin şən əhval-ruhiyyəsi ilə daha da təravətlənən Novruz bu il Vətənimizin hər bir guşəsində, o cümlədən Xocalıda, Xankəndidə yüksək təmtəraqla qeyd olundu. Bu tarixi bir hadisədir və buna görə müzəffər Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla xalqımızın bütün qəhrəman oğullarına minnətdarıq.Şənlik keçirilən məktəbin həyətində şagirdlər guşələr yaradıb, milli adət-ənənələrimizi və Novruzun atributlarını nümayiş etdiriblər.Tədbir maraqlı konsert proqramı ilə davam edib, məktəblilərin xalq rəqsləri iştirakçıların könlünü oxşayıb. Sonda ATİAHİ Yardımlı rayon komitəsi ümumtəhsil müəssisələrində çalışan şəhid və aztəminatlı ailələrə bayram sovqatı verib.8c37faca-c4bb-4f16-83b3-d284b8e96934.jpg 76.28 KBf98981da-a2dd-43e0-844f-40a441a9e17a.jpg 67.45 KB

03.04.2024

Beynəlxalq Qadınlar Günü Yardımlı məktəblərində qeyd olunub

Beynəlxalq Qadınlar Günü Yardımlı məktəblərində qeyd olunub

Yardımlı rayonunun ümumtəhsil müəssisələrində 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar bayram tədbirləri təşkil olunub.ATİAHİ Yardımlı rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirlərdə rayon məktəblərində çalışan ümumilikdə 220 qadın ittifaq üzvü iştirak edib.Çıxış edənlər qadınların cəmiyyətimizdə rolundan, dövlətimizin inkişafında misilsiz xidmətlərindən, ali rəhbər vəzifələrində təmsil olunmalarından danışıblar. Qeyd olunub ki, Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınıb, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edib, dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı, döyüş meydanlarında da şücaət göstəriblər.Həmçinin vurğulanıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. O, hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir.Tədbirlərdə eləcə də qadınlara təbriklər deyilib, uğurlar arzulanıb və onlara hədiyyələr verilib. b7590307-c26c-4732-97b2-8240292f32d6.jpg 59.95 KBdca8060e-2afc-4dfe-9980-0a4fa02eaf11.jpg 56.35 KB4c944b56-2e3c-4277-a23c-9f580c4c2b49 (1).jpg 58.15 KB73b83552-9964-4d97-8106-6da0aa020eb8.jpg 46.5 KB

27.03.2024

“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb

“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Mərasimdə ali təhsil müəssisələri arasında 6 idman növü üzrə Spartakiadanın, Bakı şəhərinin ümumtəhsil müəssisələrinin işçiləri arasında 5 idman növü üzrə yarışların, ali məktəb tələbələri arasında 8 idman növü üzrə XV Respublika Universiadasının və orta ixtisas təhsili müəssisələrinin 3 idman növü üzrə yarışların qalibləri iştirak ediblər.Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, idman yarışlarını təşkil etməkdə məqsəd Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə hörmət və ehtiram göstərmək, xalqımızın milli sərvəti olan Ulu Öndərin zəngin və çoxşaxəli irsini örənmək və təbliğ etməkdir: “Bu tədbirlər həm ümumtəhsil məktəblərinin müəllimləri, həm də ali məktəblərin işçi və tələbələri tərəfindən böyük həvəslə qarşılanıb. Bu idman tədbirlərində mindən çox müəllim və yüzlərlə tələbə çıxış edib. Azərbaycanda idman sahəsində əldə olunan uğurların bünövrəsində əsası Ulu Öndər tərəfindən qoyulmuş idman siyasəti dayanır. Hələ Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda bütün sahələrin, o cümlədən  idmanın gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. Bu illərdə ölkədə bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Ölkədə idmanın maddi-texniki bazasının yaradılması üçün çox işlər görülmüş, 1974-cü ildə Bakıdan başqa, Azərbaycanın 36 rayonunda 59 uşaq- gənclər idman məktəbi fəaliyyət göstərirdi. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da bu sahənin inkişafına öz diqqət və qayğısını əsirgəmədi”.Səttar Möhbalıyev qeyd edib ki, Ulu Öndərin idmanın inkişafı ilə bağlı əsasını qoyduğu strategiya bu gün uğurla davam etdirilir: “Kütləvi bədən tərbiyəsinin inkişafı, gənc nəslin sağlam böyüməsini təmin etmək məqsədi ilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bir çox fərman və sərəncamlar, dövlət proqramları imzalanıb. Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturun yaradılması istiqamətində böyük işlər görülüb. Azərbaycanda idmanın kütləviliyi təmin edilir və olimpiya hərəkatı yüksək səviyyədədir. Hesab edirəm ki, idmanda əldə olunan uğurlarda kütləvi bədən tərbiyəsinin inkişafının da öz rolu var. Biz də həmkarlar təşkilatı hər zaman olaraq bu sahəyə diqqət ayırırıq. Vaxtaşırı olaraq tələbələr, müəllimlər arasında müxtəlif kütləvi idman yarışları təşkil olunur, universiadalar, spartakiadalar keçirilir. Biz idmanın kütləviliyinin təmin edilməsi və təhsil işçilərinin asudə vaxtının səmərəli təşkilinə istiqamətlənmiş fəaliyyətimizi bundan sonra da davam etdirmək əzmindəyik”.Sonra mükafatlandırma mərasiminə başlanılıb. Ali məktəb işçiləri arasında keçirilən Spartakiadanın 118, Bakı şəhərinin ümumtəhsil məktəblərinin işçiləri arasında keçirilən yarışların 130 qalibinə hədiyyə kuponu və diplomlar verilib.Eyni zamanda ali məktəb tələbələrinin XV Universiadasının və orta ixtisas təhsili müəssisələrinin yarışlarının ümumilikdə 300-ə yaxın qalibinə kubok, diplom və idman forması təqdim olunub.1-1.jpg 137.44 KB6 (1).jpg 152.75 KB5.jpg 222.23 KB4-1 (1).jpg 174.7 KB3-1.jpg 438.72 KB2-1.jpg 137.67 KB

15.01.2024

2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib

2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib

Noyabrın 16-da 2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün təqdim edilməsi mərasimi keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) təşkil olunan tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edib. Sədr Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışıb, həmkarlar ittifaqı təşkilatları tərəfindən dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs edib. Qeyd edib ki, ATİAHİ RK tərəfindən bu istiqamətdə müxtəlif intellektual oyunlar, idman yarışları təşkil olunur, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı işlər görülür. Həmçinin aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının gücləndirilməsi ilə bağlı da addımlar atılır. Belə ki, hər il Respublika Komitəsi tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə pulsuz yeməklə təmin olunur.Sonra qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə (65 nəfər) ATİAHİ RK-nın adlı təqaüdü təqdim edilib.Məlumat üçün qeyd edək ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ RK-nın adlı təqaüdü təsis edilib. O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 2849 nəfər tələbə bu təqaüddən yararlanıb.1-7.jpg 99.43 KB2-5 (1).jpg 151.12 KB7-2.jpg 157.91 KB6-4.jpg 159.07 KB5-5 (1).jpg 150.4 KB4-7.jpg 143.44 KB3-5 (1).jpg 153.55 KB

17.11.2023

Yardımlıda Zəfər Günü münasibətilə silsilə tədbirləri keçirilib

Yardımlıda Zəfər Günü münasibətilə silsilə tədbirləri keçirilib

8 Noyabr - Zəfər Günü münasibətilə Yardımlı rayonunda dəyirmi masa təşkil olunub.Təşkilatçılar arasında ATİAHİ Yardımlı rayon komitəsinin də yer aldığı tədbirdə rayon məktəblərindəçalışan şəhid valideynləri, qazilər və müharibə veteranları, Lənkəran-Astara Regional Təhsil İdarəsinin, Təhsil sektorunun əməkdaşları iştirak ediblər. Çıxış edənlər Vətən müharibəsində əsgər və zabitlərimizin göstərdikləri rəşadətdən, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diplomatik bacarığından və sərkərdəlik məharətindən, xüsusən Şuşanın azad olunmasının əhəmiyyətindən və düşmən ordusunun diz çokməsindən danışıblar. Sonda Yardımlı rayon komitəsi tərəfindən şəhid ailələrinin üzvlərinə, qazilərə, veteranlara bayram hədiyyələri verilib.Bundan başqa, rayonda Zəfər Günü ilə əlaqədar bayram şənliyi keçirilib. Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyətinin əməkdaşları, təhsil işçiləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri (ümumilikdə 150 nəfər) iştirak ediblər. Tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi ehtiramla yad olunub, Vətən müharibəsindən bəhs edən çıxışlar dinlənilib.İştirakçılar nümayiş olunan sərgidə şagirdlərin hərbi vətənpərvərlik mövzusunda əl işləri ilə tanış olublar.Həmçinin şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya iştirakçıların könlünü oxşayıb. 571efaf6-4a8e-43a5-b0ec-8715b4e2bce4.jpg 203.67 KB0698b7b5-d1e9-42b0-941c-6fea5737b015.jpg 219.74 KB997c7be8-6f59-4d01-a06d-58ab5879932f.jpg 143.43 KB9eb8a4f9-2889-453c-b2d2-9830d7d9a79c.jpg 127.19 KBbbd09891-4efb-4e8d-a755-48905de30c09.jpg 148.15 KBbb76ed20-4455-46e6-93fe-543bb50eb21b.jpg 134.08 KB66b707e5-88fb-46b9-a41f-a7e2a09522f4.jpg 118.44 KB8a797ba9-e5e1-4a6a-afdd-e6c7bd2b8a11.jpg 168.5 KBd7538e04-7ec8-4bec-b4c1-09bdde4f7d1e.jpg 97.71 KB8fabc60e-78cb-41e5-a642-58030621d11b.jpg 119.82 KB7d98f1f9-9360-4564-a453-4d871f159346.jpg 279.62 KB5a03094e-25cb-4985-92a6-8ea716aa4ffa.jpg 167.84 KBc1bdbf59-509b-4b19-aaa7-ecd91f088b58.jpg 166.43 KB

14.11.2023

ATİAHİ Respublika Komitəsi hesabat-seçkilərlə əlaqədar Quba rayonunda regional seminar keçirib

ATİAHİ Respublika Komitəsi hesabat-seçkilərlə əlaqədar Quba rayonunda regional seminar keçirib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 2024-cü ildə keçirilməsi nəzərdə tutulan hesabat-seçki yığıncaqlarına hazırlıq məqsədi ilə zona seminarlarının keçirilməsinə başlayıb. İlk belə tədbir Quba rayonunda təşkil edilib. ATİAHİ Sumqayıt şəhər, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı və Qubadlı rayon komitələrinin sədrlərinin iştirak etdiyi seminarda ATİAHİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov çıxış edib. Şöbə müdiri qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin müvafiq qərarı ilə AHİK-in üzv təşkilatların bütün vəsilələrində 2024-cü il müddətində hesabat-seçki yığıncaqlarının keçirilməsi nəzərdə tutulmuşdur. E.Rüstəmov bildirib ki, is­tər əha­tə dai­rə­si­nə, is­tər­sə­ də bu sa­hə­də ça­lı­şan insanların  sa­yı­na gö­rə təhsil Azər­bay­can­da ən bö­yük so­si­al ins­ti­tut­lar­dan bi­ri­ni təş­kil edir. ATİAHİ 5785 həmkarlar ittifaqı təşkilatını və 403484 həmkarlar ittifaqı üzvünü özündə birləşdirir: “2024-cü ildə keçiriləcək hesabat-seçkilər ATİAHİ-nin fəaliyyətində mühüm hadisələrdən biridir. Hesabat-seçkilər zamanlı təşkilat sədrlərinin bu illər ərzində gördüyü işlərlə bağlı hesabatı əhatəli olmalı, əldə olunmuş nailiyyətlər, çatışmazlıqlar qeyd olunmalıdır. Eyni zamanda həmkarlar ittifaqlarında həmrəyliyi təmin etmək, işçilərin sosial-iqtisadi mənafeyinin kollektiv müdafiəçisi olan həmkarlar ittifaqlarının maliyyə cəhətdən möhkəmləndirmək, onun rolunu bir daha artırmaq üçün qarşıdan gələn hesabat-seçki kampaniyasının imkanlarından maksimum istifadə edilməlidir. Hesabat-seçki yığıncaqlarının keçirilməsi zamanı Azərbaycan Respublikasının qanunvericiliyinin, ittifaqın nizamnaməsinin və digər normativ sənədlərin tələblərinə ciddi əməl edilməsinə nəzarət təmin olunmalıdır”. E.Rüstəmov qeyd edib ki, həmkarlar ittifaqı təşkilatlarının kadrlarla möhkəmləndirilməsi, ehtiyat kadrların hazırlanması və irəli çəkilməsi üzrə tədbirlər görülməlidir. Müəssisədə kollektiv arasında nüfuzu olan layiqli şəxslərin seçilməsi üçün şərait yaradılmalıdır: “Heç kimə sirr deyil ki, həmkarlar təşkilatlarının gücü ilk təşkilatlardadır. Bu baxımdan bizim qarşımızda duran mühüm vəzifələrdən biri ilk təşkilatların gücləndirilməsi və nüfuzunun artırılmasıdır. İlk təşkilatların güclü olması üçün isə başlıca şərt təşkilata layiqli və şəxsin rəhbərlik etməsidir. İttifaq üzvləri öz sərbəst seçiminizi etməli və təşkilatınızı daha da qabağa aparmağı bacaracaq bir şəxsi həmkarlar təşkilatına sədr seçilməsinə çalışmalıdır. Həmçinin təşkilatların seçkili orqanlarının formalaşdırılması zamanı gender bərabərliyi təmin edilməli, ölkəmizdə həyata keçirilən gəncləşmə siyasətinin həmkarlar ittifaqı təşkilatlarında da uğurla davam etdirilməsinə şərait yaradılmalıdır. İclaslar zamanı səsləndirilmiş tənqidi qeydlər ümumiləşdirilərək yuxarı həmkarlar ittifaqı təşkilatına təqdim edilməlidir. İnanırıq ki, üzv təşkilatlarda keçiriləcək hesabat-seçki yığıncaqları nöqsansız şəkildə təşkil ediləcək, bu seçkilər təşkilatımızın, ümumilikdə həmkarlar ittifaqı hərəkatının həyatında yeni inkişaf mərhələsinin başlanğıcı olacaqdır”.Sonra seminar diskussiya şəklində davam etdirilmiş, rayon komitəsi sədrləri qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparmış, suallar cavablandırılmışdır.  

25.10.2023

Yardımlı rayon komitəsinin əməkdaşları qazilərə baş çəkib

Yardımlı rayon komitəsinin əməkdaşları qazilərə baş çəkib

ATİAHİ Yardımlı rayon komitəsinin əməkdaşları bu ilin 19 sentyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri zamanı yaranlanmış hərbçilərimizi ziyarət ediblər.Görüş zamanı onların səhhəti ilə tanış olunub, qayğıları ilə maraqlanılıb. Qazilər dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıdan minnətdarlıq ediblər.Komitə tərəfindən qazilərə maddi-mənəvi dəstək göstərilib.    4314d21f-0237-464a-a41f-7561a1eab693.jpg 74.5 KB

20.10.2023

Yardımlıda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup müəllim mükafatlandırılıb

Yardımlıda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup müəllim mükafatlandırılıb

ATİAHİ Yardımlı rayon komitəsi tərəfindən 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.Tədbirdə ötən təhsil ilində nailiyyətlər qazanmış fəal müəllimlər iştirak ediblər.Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə güllər düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.Yardımlı rayon Təhsil sektorunun müdiri Kamal Təhməzov, ATİAHİ Yardımlı rayon komitəsinin sədri Azər Əkbərov, şəhid valideynləri - Ədalət Qarayev, Vaqif Zeynalov, həmçinin müəllimlərdən Türkel Tağıyev, Fərman Mustafayev, Xaqani Paşayev və digərləri çıxışlar edərək ölkəmizdə təhsilin müasir səviyyədə inkişafından, dövlət rəhbərliyinin bu vacib sahəyə yüksək qayğısından, həyata keçirilən uğurlu islahatlardan danışıb, müəllimlərə bu  çətin və şərəfli peşələrində uğurlar arzulayıblar. Tədbirin sonunda Müəllimlər Günü münasibətilə 50 müəllimə ATİAHİ Yardımlı rayon komitəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyələr verilib.IMG-20231010-WA0005.jpg 3.71 MBIMG-20231010-WA0011.jpg 4.83 MBIMG-20231010-WA0006.jpg 4.65 MB

11.10.2023

Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi və kollektivi, həmçinin quruma üzv təşkilatların rəhbərləri və əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.Həmkarlar ittifaqlarının nümayəndələri parkın girişində xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.3-16.jpg 153.8 KB1-21.jpg 219.72 KB2-11.jpg 264.06 KB

27.09.2023

Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə kollektiv müqavilə imzalanıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə kollektiv müqavilə imzalanıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) Şəki şəhəri, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayon komitələri ilə 2023-2025-ci illər üzrə Kollektiv Müqavilə imzalanıb.Müqaviləyə Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və komitə sədrləri imza atıblar. Mərasimdə çıxış edən Bəhruz Mehdiyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının həyata keçirdiyi tədbirləri, bütövlükdə bu təşkilatın gördüyü işləri yüksək qiymətləndirib, işlərində uğurlar arzulayıb.Tədbirdə Kollektiv Müqavilənin müddəaları müzakirə olunub, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni maraqlarının müdafiəsi, habelə əməyin mühafizəsinin təşkili sahəsində Kollektiv Müqavilənin əhəmiyyəti vurğulanıb.

26.09.2023

AHİK “Heydər Əliyev İli” çərçivəsində gənclərin iştirakı ilə konfrans keçirib

AHİK “Heydər Əliyev İli” çərçivəsində gənclərin iştirakı ilə konfrans keçirib

Sentyabrın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.Xaçmaz rayonunun Nabran kəndində yerləşən “Təhsil” istirahət mərkəzinin konfrans zalında təşkil olunan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, Konfederasiyanın əməkdaşları, ölkəmizin ali təhsil müəssisələrinin tələbələri və fəal gənclər iştirak ediblər.Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyev başda olmaqla Vətənimizin azadlığı və müdafiəsi uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.İştirakçıları salamlayan AHİK sədri Səttar Möhbalıyev Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu dövlətimizin gənclər siyasətindən danışıb, onun həm sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, həm də müasir müstəqil Azərbaycanın Prezidenti olarkən gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib: “Heydər Əliyev Azərbaycan dövlətini yaratdı və bu gün siz gənclər həmin dövlətin xoşbəxt vətəndaşlarısınız. Ulu Öndər bu dövləti Sizin üçün qurdu, bu yolda bütün mənalı ömrünü xərclədi və yalnız xalqı, Vətəni, banisi olduğu dövləti üçün yaşadı. Heydər Əliyev sovet Azərbaycanın rəhbərliyinə gələrkən ölkəmiz ittifaq səviyyəsində geri qalan respublikalardan biri idi. Onun müdrik rəhbərliyi Azərbaycanın böyük sosial-iqtisadi inkişafına yol açdı, respublikamız iri sənaye ölkəsinə çevrildi”.“Gənclərimiz də hər zaman Ulu Öndərin diqqət və qayğısı ilə əhatə olunmuşdu. Biz həmin vaxtın gəncləri olaraq bunu öz həyatımızda hiss edirdik. O çalışırdı ki, azərbaycanlı gənclər elmli olsun, müasir biliklərə yiyələnsinlər. Xarici Dillər İnstitutu, İnşaat Mühəndisləri İnstitutu, Naxçıvan Pedaqoji İnstitutu, Qarabağda Pedaqoji İnstitut Heydər Əliyevin təşəbbüsü ilə həmin dövrdə yaradıldı. Şəxsən onun təşəbbüsü ilə SSRİ-nin Moskva, Leninqrad, Kiyev və başqa ali məktəblərində oxumağa göndərilən tələbələrin sayı hər il artırdı. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması barədə təşəbbüsü isə onun polad iradəsini bir daha göstərdi”, – Səttar Möhbalıyev deyib.Onun sözlərinə görə, müdrik xalqımız Heydər Əliyevin qurucu, yaradıcı, təşəbbüskar ruhuna, Vətəninə olan sonsuz məhəbbətinə, qətiyyətli, qorxmaz iradəsinə ötən əsrin 70-ci illərindən yaxşı bələd idi: “Məhz bu səbəbdən idi ki, 90-cı illərin əvvəllərində düşdüyü ağır böhrandan çıxmaq üçün xalqımız Heydər Əliyevi hakimiyyətə gətirdi. Nəticə isə bu gün ortadadır. Bütün sahələrdə dinamik inkişaf edən, regionun lideri, dünyada böyük söz sahibi olan qalib Azərbaycan. Heydər Əliyevin müəyyən etdiyi dövlətimizin Gənclər Siyasəti sağlam ruhlu, sağlam düşüncəli, Vətəninə və dövlətinə sadiq, mənəviyyatca zəngin gənclərin yetişməsinə mühüm zəmin yaradıb”.AHİK sədri vurğulayıb ki, 2003-cü ildən başlayaraq dövlətimizin başçısı cənab İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirib: “Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu gənclərin istedadının üzə çıxarılması istiqamətində fəal iş aparır. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır”.10.jpg 71.67 KB9.jpg 51.6 KB8.jpg 75.94 KB7.jpg 67.62 KB6.jpg 51.11 KB5-2.jpg 68.04 KB4-1.jpg 60.04 KB3-2.jpg 98.65 KB2-2.jpg 136.83 KB1-5.jpg 86.31 KB

08.09.2023

Yardımlıda ittifaq üzvləri arasında voleybol yarışı təşkil olunub

Yardımlıda ittifaq üzvləri arasında voleybol yarışı təşkil olunub

Avqustun 5-6-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Yardımlı rayonunun ümumtəhsil müəssisələrində çalışan ittifaq üzvləri arasında voleybol üzrə rayon birinciliyi kecirilib.ATİAHİ Yardımlı rayon komitəsinin təşkilatçılığı ilə baş tutan yarış olimpiya sistemi üzrə təşkil olunub və 8 komanda mübarizə aparıb. Gərgin və maraqlı anları ilə diqqət çəkən yarışmanın qalibi Horavar kənd tam orta məktəbin komandası olub. Birinci, ikinci və üçüncü yeri qazanmış komandalara ATİAHİ Yardımlı rayon komitəsi tərəfindən hədiyyələr verilib. cb8ee148-1d4f-4a60-8041-9c0ef21a9793.jpg 63.67 KB5d94a7f4-c32b-4b7b-b874-990c79bbb931.jpg 75.3 KB

14.08.2023

Yardımlıda “Uşaqlar bizim gələcəyimizdir” adlı festivalı keçirilib

Yardımlıda “Uşaqlar bizim gələcəyimizdir” adlı festivalı keçirilib

ATİAHİ Yardımlı rayon komitəsi rayonun Heydər Əliyev Mərkəzində məktəblilər arasında “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yardıcılıq festivalı keçirib.Festivalda Yardımlı Rayon İcra Hakimiyyətinin, Təhsi sektorunun, YAP rayon təşkilatının, Gənclər və İdman İdarəsinin əməkdaşları, təhsil işçiləri və məktəblilər iştirak ediblər.Festivalda idman oyunları və rəsm əsərləri nümayiş olunub. Həmçinin xüsusi yaradıcılıq qabiliyyətləri olan uşaqlar müsiqi proqramı ilə çıxış edib, şeirlər səsləndirib, mahnılar oxuyublar. Sonda ATİAHİ Yardımlı rayon komitəsi fəal məktəblilərə fəxri fərman və  müxtəlif hədiyyələr təqdim edib.3456dea9-e14f-4b51-9b58-c4f1c35bdbbd.jpg 413.07 KB19b189e1-4c6a-4b15-83be-c532b9e344a1.jpg 423.72 KB7abaf53e-f3c2-49bf-86fb-8990dc04c70a.jpg 374.4 KB82009916-b9af-4493-a51b-370c5de0a099.jpg 382.47 KB65bb8d74-d544-41d1-a87b-bb3ad8d88b33.jpg 194.56 KB

21.06.2023

ATİAHİ Respublika Komitəsinin nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

ATİAHİ Respublika Komitəsinin nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

İyunun 6-dan 11-dək Qazaxıstanın Astana şəhərində Təhsil İşçilərininBeynəlxalq Konfransı keçirilib.Konfransda Azərbaycan, Belarus, Rusiya, Qırğızıstan və Tacikistanın təhsil işçiləri iştirak ediblər. Müasir dövrdə təhsilin vəziyyəti, bu sahədə tətbiq olunan yeniliklər, movcud təhsil sistemlərinin yeni çağırışlara uyğunluğu və digər məsələlər tədbirdə müzakirə mövzusu olub.Ölkəmizi konfransda ATİAHİ Xətai rayon komitəsinin sədri Maisə Hacıyeva və Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva təmsil edib. Hər iki iştirakçı tədbirdə çıxış edib, ölkəmizin təhsil sistemindən, bu sahəyə olan dövlətin diqqət və qayğısından, azərbaycanlı gənclərin uğurlu göstəricilərindən danışıblar. Onlar həmçinin aparılan müzakirələrdə fikirlərini bölüşüblər.IMG-20230611-WA0028.jpg 147.97 KBIMG-20230611-WA0026.jpg 133.63 KBIMG-20230611-WA0025.jpg 85.66 KB

21.06.2023

Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib

Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib

Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib. ATİAHİ Respublika Komitəsinin təşkilatçılığı, ATİAHİ Nəsimi rayon komitəsinin ev sahibliyi ilə Bakı şəhəri 266 saylı tam orta məktəbdə təşkil edilən konfrans “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusuna həsr olunub. Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ Nəsimi, Qaradağ, Səbail, Yasamal, Binəqədi, Nizami, Sabunçu, Xətai, Suraxanı, Xəzər, Pirallahı, Nərimanov rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhunun yad edilməsi ilə başlanan konfransda Ümummilli lider Heydər Əliyevlə bağlı video çarxın nümayiş etdirilib. Konfransda ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, ATİAHİ Nəsimi rayon komitəsinin baş mütəxəssisi Yeganə Rəhimova, 211 №-li tam orta məktəbin müəllimi, ATİAHİ Nəsimi rayon komitəsinin Təftiş Komissiyasının üzvü Afaq Hacıyeva, ATİAHİ Nizami rayon komitəsinin sədri Sübut Əsədov, ATİAHİ Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov və başqaları çıxış edib. Çıxış edənlər Ulu Öndərin Azərbaycanın müstəqilliyinin əldə olunması, qorunub saxlanması, ölkədə bütün sahələrin, o cümlədən həmkarlar ittifaqları sahəsinin inkişafında əvəzsiz xidmətlərindən danışıblar. 

05.06.2023

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo