8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər keçirilib
Martın 5-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Yardımlı rayon komitəsinin təşəbbüsü ilə ilk təşkilatlarda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər keçirilib.
Tədbirlərdə qadınların cəmiyyətdə rolundan, ictimai-siyasi fəaliyyətindən, gənc nəslin yetişməsində və tərbiyə olunmasında xidmətlərindən bəhs olunub. 
Vurğulanıb ki, Azərbaycan qadını cəmiyyətin tam hüquqlu üzvü kimi ictimai həyatın bütün sahələrində uğurla fəaliyyət göstərir. 
Keçirilən tədbirlərdə iştirak edən qadınlara qiymətli hədiyyələr təqdim olunub.
8 mart.jpg 216.13 KB


Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo