Beynəlxalq Qadınlar Günü Yardımlı məktəblərində qeyd olunub

Yardımlı rayonunun ümumtəhsil müəssisələrində 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar bayram tədbirləri təşkil olunub.
ATİAHİ Yardımlı rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirlərdə rayon məktəblərində çalışan ümumilikdə 220 qadın ittifaq üzvü iştirak edib.
Çıxış edənlər qadınların cəmiyyətimizdə rolundan, dövlətimizin inkişafında misilsiz xidmətlərindən, ali rəhbər vəzifələrində təmsil olunmalarından danışıblar. Qeyd olunub ki, Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınıb, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edib, dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı, döyüş meydanlarında da şücaət göstəriblər.Həmçinin vurğulanıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. O, hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir.
Tədbirlərdə eləcə də qadınlara təbriklər deyilib, uğurlar arzulanıb və onlara hədiyyələr verilib.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo