Gənclər Günü
ATİAHİ Yardımlı rayon komitəsinin təşkilatçılığı ilə 02.02.2022-ci il tarixdə Heydər Əliyev Mərkəzində Gənclər gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə gənc fəal ittifaq üzvləri, Vətən müharibəsi iştirakçıları, Rayon  İH ,  Gənclər və idman idarəsi nümayəndələri iştirak etdilər. Əvvəlcə iştirakçılar Ümummilli Lider H.Əliyevin abidəsi önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edildi. Tədbirdə çıxış edənlər əlamətdar gün münasibətilə gəncləri təbrik etdikdən sonra, Mərkəzin ekspozisiya zalında nümayiş olunan  Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlartla tanış oldular. Fəaliyyətində fərqlənən gənclər Rayon Komitəsinin fəxri fərmanı və qiymətli hədiyyələr ilə mükafatlandırıldı. Tədbir pandemiya şəraitinə uyğun olaraq açıq havada təşkil olunmuş bədii hissə ilə yekunlaşdı.
597e3292-70cc-4c90-9a40-0941c76bfcc3.jpg 83.94 KB
51cee16f-6c57-4de4-9257-8ba7509b222f.jpg 188.83 KB
92e86320-b92e-4adc-ab2b-62e97e5bcba5.jpg 106.96 KB
2d5c46a9-8277-4f96-bac4-d59d6e302ec7.jpg 96.94 KB
bc58020e-d237-415b-b339-367fee4051ee.jpg 257.01 KB
4a277a47-e1e8-48c1-a942-3a909973739e.jpg 105.82 KB












Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo