Yardımlı məktəblərində qadınlar bayramı qeyd olunub


Yardımlı rayon məktəblərində 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər təşkil olunub.

Məktəblərdəki ilk həmkarlar ittifaqları tərəfindən keçirilən tədbirlərdə ümumilikdə rayonun təhsil sistemində çalışan 300 yaxın qadın iştirak edib.

Çıxışlarda əsasən qadınların fədakarlığından, sədaqətindən, Vətənə məhəbbətindən, dövlətin idarə olunmasında onların iştirakından danışılıb.

Keçirilən bütün tədbirlərdə qadınlara hədiyyələr verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo