Yardımlıda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup müəllim mükafatlandırılıb

ATİAHİ Yardımlı rayon komitəsi tərəfindən 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə ötən təhsil ilində nailiyyətlər qazanmış fəal müəllimlər iştirak ediblər.
Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə güllər düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Yardımlı rayon Təhsil sektorunun müdiri Kamal Təhməzov, ATİAHİ Yardımlı rayon komitəsinin sədri Azər Əkbərov, şəhid valideynləri - Ədalət Qarayev, Vaqif Zeynalov, həmçinin müəllimlərdən Türkel Tağıyev, Fərman Mustafayev, Xaqani Paşayev və digərləri çıxışlar edərək ölkəmizdə təhsilin müasir səviyyədə inkişafından, dövlət rəhbərliyinin bu vacib sahəyə yüksək qayğısından, həyata keçirilən uğurlu islahatlardan danışıb, müəllimlərə bu  çətin və şərəfli peşələrində uğurlar arzulayıblar.
 
Tədbirin sonunda Müəllimlər Günü münasibətilə 50 müəllimə ATİAHİ Yardımlı rayon komitəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyələr verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo