Yardımlıda Gənclər Günü qeyd olunub
Yardımlı rayonunda 2 fevral - Gənclər Günü münasibətilə “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan gəncləri” adlı dəyirmi masa, həmçinin rayonun idman kompeksində böyük tədbir keçirilib.
ATİAHİ Yardımlı rayon komitəsi tədbirlərin təşkilatçılarından biri olub. Rayonun gənc müəllimləri və şagirdləri ilə yanaşı, Yardımlı Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Yardımlı rayon təşkilatının sədri, rayonun Gənclər və İdman İdarəsinin rəisi, Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin üzvləri də tədbirdə iştirak ediblər.
Öncə rayonun mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət ölunub, qarşısına güllər düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə çıxış edənlər dövlətimizin gənclər siyasətindən, ölkəmizdə onlara yaradılan imkanlardan, gənclərimizin dövlətə sədaqətindən, Vətənə olan sevgilərindən, təhsil, idman və başqa sahələrdə əldə etdikləri nailiyyətlərdən danışıblar.
Çıxışların ardından tədbir bədii hissə ilə davam edib. Sonda Yardımlı rayon komitəsi tərəfindən 70 nəfər gənc müəllim, qazi və veterana hədiyyələr verilib.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo