Avqustun 5-6-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Yardımlı rayonunun ümumtəhsil müəssisələrində çalışan ittifaq üzvləri arasında voleybol üzrə rayon birinciliyi kecirilib.
ATİAHİ Yardımlı rayon komitəsinin təşkilatçılığı ilə baş tutan yarış olimpiya sistemi üzrə təşkil olunub və 8 komanda mübarizə aparıb. Gərgin və maraqlı anları ilə diqqət çəkən yarışmanın qalibi Horavar kənd tam orta məktəbin komandası olub. Birinci, ikinci və üçüncü yeri qazanmış komandalara ATİAHİ Yardımlı rayon komitəsi tərəfindən hədiyyələr verilib.