Yardımlıda müsabiqə qalibləri mükafatlandırılıb

                                                         
       İyunun 3-də ATİAHİ Yardımlı rayon komitəsi tərəfindən müxtəlif müsabiqələrin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Belə ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi olmuş şəhər 1 saylı tam orta məktəbin XI sinif şagirdi Gülnur Fərzizadəyə Fəxri fərman, 200 manat pul mükafatı, “İlin peşəkar gənci” müsabiqəsinin qalibi Nurlan Hüseynova isə Fəxri fərman, 100 manat pul və digər hədiyyələr təqdim olunub.
Həmçinin Azərbaycan dili və ədəbiyyat fənn üzrə 2021-2022-ci tədris ilinin Respublika Fənn Olimpiadasının final mərhələsində gümüş medalı qazanmış rayonun Bozayran kənd məktəbinin IX sinif şağirdi Səma Əzimliyə Fəxri fərman, 50 manat pul, eləcə də onun müəllimi Xaqani Paşayevə şagirdi olipiadada gümüş medal qazandığı üçün Fəxri fərman, 50 manat pul və digər hədiyyələr təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo