Yardımlıda şəhid ailələrinə bayram sovqatı paylanılıb

Hər bir vətəndaşın qayğısına qalmaq, qarşılaşdıqları problemləri aradan qaldırmaq, xüsusən şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına, aztəminatlı ailələrə diqqət göstərmək, onlara maddi və mənəvi dəstək olmaq dövlətimizin başçısı cənab İlham Əliyevin daxili siyasət kursunun ana xəttini təşkil edir. Bu məqsədlə ölkəmizdə müxtəlif layihələr icra olunur, vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox mühüm işlər görülür. Azərbaycan həmkarlar ittifaqları da qeyd olunan sosial layihələrin əsas iştirakçılarındandır. Ənənənin davamı olaraq ATİAHİ Yardımlı rayon komitəsi Novruz bayramı münasibətilə  110 ədəd sovqatı şəhid, qazi və aztəminatlı ailələrə paylayıb. Sovqat çatdırılan ailələr göstərilən maddi-mənəvi dəstəyə görə təşəkkürlərini ifadə ediblər.

 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo