Yardımlıda ATİAHİ rayon komitəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar təhsil işçiləri arasında şahmat yarışının 2-ci turu keçirilib. Öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə güllər düzüblər. Tədbirin açılış mərasimində Yardımlı Rayon İcra hakimiyyəti başçısının müavini Ə.Məmmədova, Lənkəran-Astara RTİ Yardımlı RTS-nin müdiri K.Təhməzov, ATİAHİ Yardımlı rayon komitəsinin sədri A.Əkbərov çıxış ediblər.
Ardınca yarış start götürüb. İyirmi nəfər təhsil işçisinin qatıldığı yarış olimpiya sisteminə uyğun təşkil edilib.
Maraqlı və gərgin keçən idman mübarizəsində Ostayir kənd məktəbinin müəllimi İsa Ağayev 1-ci, Bərcan kənd məktəbinin müəllimi Taleh Adiyev 2-ci yeri, Qaraqaya kənd məktəbinin müəllimi Fəxrəddin Mahmudov 3-cü yeri qazanıb. Qaliblər yarışın respublika mərhələsində iştirak etmək hüququ əldə ediblər.
Qeyd edək ki, bütün iştirakçılara və qaliblərə diplom, hədiyyələr və pul mükafatı verilib.