Yardımlıda “Uşaqlar bizim gələcəyimizdir” adlı festivalı keçirilib


ATİAHİ Yardımlı rayon komitəsi rayonun Heydər Əliyev Mərkəzində məktəblilər arasında “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yardıcılıq festivalı keçirib.

Festivalda Yardımlı Rayon İcra Hakimiyyətinin, Təhsi sektorunun, YAP rayon təşkilatının, Gənclər və İdman İdarəsinin əməkdaşları, təhsil işçiləri və məktəblilər iştirak ediblər.

Festivalda idman oyunları və rəsm əsərləri nümayiş olunub. Həmçinin xüsusi yaradıcılıq qabiliyyətləri olan uşaqlar müsiqi proqramı ilə çıxış edib, şeirlər səsləndirib, mahnılar oxuyublar. Sonda ATİAHİ Yardımlı rayon komitəsi fəal məktəblilərə fəxri fərman və  müxtəlif hədiyyələr təqdim edib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo