Yardımlıda Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib

Yardımlı rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.
ATİAHİ Yardımlı rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirə rayonun Zərifə Əliyeva adına şəhər 1 №-li, şəhər 2 №-li, Çayüzü və Yolacaq kənd uşaq bağçalarının uşaqları qatılıblar.
Tədbirdə rayon icra hakimiyyətinin müavini Ə.Məmmədova, Təhsil sektorunun müdiri K.Təhməzov da iştirak ediblər. Çıxış edənlər bildirib ki, bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Qeyd olunub ki, uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.
Çıxışlardan sonra uşaqların ifasında şeirlər və müsiqi nömrələri səslənib, rəqs nömrələri göstərilib.
Sonda Yardımlı rayon komitəsi tərəfindən uşaqlara hədiyyələr verilib.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo