İyunun 1-də Yardımlı rayonunun Zərifə Əliyeva adına şəhər 1 №-li, Şəhər 2 №-li, Yolacaq və Cayüzü kənd uşaq bağçalarında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bayram tədbirləri keçirilib.
Tədbirlərdə çıxış edənlər uşaqlara olan dövlət qayğısından bəhs ediblər. Bildirilib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirir. Vacib layihələr çərçivəsində körpələr evləri, bağçalar və internat məktəbləri əsaslı təmir olunur, yeniləri inşa edilir. Qeyd olunub ki, Fond ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud və fərqli sindromlu uşaqların cəmiyyətə inteqrasiya etməsi üçün mühüm işlər görür.
Tədbirlərin bədii hissəsində uşaqlar şeirlər söyləyib, müsiqi və rəqs nömrələri ilə çıxış ediblər. Sonda rayon komitəsi tərəfindən uşaqlara müxtəlif hədiyyələr paylanılıb.