Yardımlıda Zəfər Günü münasibətilə silsilə tədbirləri keçirilib


8 Noyabr - Zəfər Günü münasibətilə Yardımlı rayonunda dəyirmi masa təşkil olunub.

Təşkilatçılar arasında ATİAHİ Yardımlı rayon komitəsinin də yer aldığı tədbirdə rayon məktəblərindəçalışan şəhid valideynləri, qazilər və müharibə veteranları, Lənkəran-Astara Regional Təhsil İdarəsinin, Təhsil sektorunun əməkdaşları iştirak ediblər. Çıxış edənlər Vətən müharibəsində əsgər və zabitlərimizin göstərdikləri rəşadətdən, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diplomatik bacarığından və sərkərdəlik məharətindən, xüsusən Şuşanın azad olunmasının əhəmiyyətindən və düşmən ordusunun diz çokməsindən danışıblar. Sonda Yardımlı rayon komitəsi tərəfindən şəhid ailələrinin üzvlərinə, qazilərə, veteranlara bayram hədiyyələri verilib.

Bundan başqa, rayonda Zəfər Günü ilə əlaqədar bayram şənliyi keçirilib. Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyətinin əməkdaşları, təhsil işçiləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri (ümumilikdə 150 nəfər) iştirak ediblər. Tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi ehtiramla yad olunub, Vətən müharibəsindən bəhs edən çıxışlar dinlənilib.

İştirakçılar nümayiş olunan sərgidə şagirdlərin hərbi vətənpərvərlik mövzusunda əl işləri ilə tanış olublar.

Həmçinin şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya iştirakçıların könlünü oxşayıb.

 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo