Yardımlıda Zərifə xanım Əliyevanın 100 illik yubileyi qeyd olunub
 ATİAHİ Yardımlı rayon komitəsi Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibətilə onun adını daşıyan rayonun 1 №-li uşaq bağçasında tədbir keçirib.
Tədbirdə Yardımlı rayon Təhsil sektorunun müdiri K.Təhməzov, ATİAHİ Yardımlı rayon komitəsinin sədri A.Əkbərov, bağçanın direktoru G.İsmayılova və şair P.Dumanoğlu çıxışlar edərək Zərifə xanımın həyat və fəaliyyətindən, keçdiyi şərəfli və mənalı ömür yolundan, tibb sahəsinə gətirdiyi yeniliklərdən, respublikamızda səhiyyənin inkişafına verdiyi töhfələrdən, keçmiş SSRİ miqyasında nüfuzundan danışıblar.
Bildirilib ki, Zərifə xanım tibb sahəsi üzrə görkəmli alim olmaqla yanaşı, həm də vəfalı ömür-gün yoldaşı və gözəl ana olub.
Tədbirdə uşaqlar şeirlər söyləyib, rəqslər ediblər.
Sonda tərbiyəçilərə və uşaqlara rayon komitəsi tərəfindən hədiyyələr verilib.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo